RU

Azərbaycanda Texnopark rezidentlərinin sayı 165 ə çatıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda Texnopark rezidentlərinin sayı 165-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev Azərbaycan-Türkiyə İKT Biznes Forumunda bildirib.

Salar İmaməliyev bildirib ki, rezident şirkətlərdən 155-i yerli, 10-u isə xaricidir:

"Texnoparkda fəaliyyət göstərən şirkətlərin sayı dinamik şəkildə artır. Texnopark rezidentləri üçün mənfəət, əmlak və torpaq vergiləri üzrə güzəştlər, eləcə də sosial sığorta mexanizmlərinin sadələşdirilməsi tətbiq olunur. Bu, şirkətlərin maliyyə dayanıqlığını gücləndirir və innovasiyayönümlü fəaliyyət üçün əlverişli mühit yaradır. Beynəlxalq texnologiya şirkətlərinin Azərbaycana cəlbi istiqamətində işlər davam etdirilir. "EPAM Systems" və "Andersen Lab" kimi qlobal şirkətlərin Bakıda nümayəndəlik açması ölkənin rəqəmsal ekosisteminin gücləndirilməsinə xidmət edir".

İRİA rəsmisi Türkiyə şirkətlərini də Texnopark rezidenti olmağa dəvət edib və bunu regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirib.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
oxu.az

1Источники