RU

Azər Qasımlıya cəza istənilib

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edib. O, Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən prokurorun çıxışı ilə razılaşdığını bildirib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 25-nə təyin edilib.

Избранный
24
9
aznews.az

10Источники