RU

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında və Ağsu aşırımında gücləndirilmiş rejimdə xidmət aparılır  

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

Избранный
37
3
azerbaijan-news.az

10Источники