RU

“Qarabağ” dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yenidən açıqlayıb. Yeni siyahıda “Qarabağ” 9 pillə irəliləyərək 200 xalla 60-cı yerə yüksəlib.

Digər Azərbaycan klublarından “Sabah” 96 xalla 224-cü pillədən 211-ci sıraya qalxıb. “Zirə” isə 63 xalla 389-cu yerdən 418-ci yerə düşüb. “Araz-Naxçıvan” da geriləyərək 59 xalla 456-cı pillədən 486-cı sıraya enib.

Ümumilikdə reytinqdə 502 klub yer alıb və siyahıya 595 xalla Fransanın PSJ komandası başçılıq edir.

Избранный
14
7times.az

1Источники