RU

''Yuventus'' rəsmisi ''Qalatasaray''la oyun haqda nə dedi

''Yuventus''un idman direktoru Marko Ottolini Kənan Yıldızla imzalanan yeni müqavilə, Luçano Spalletti ilə Uenston Makkenninin durumu, eləcə də ''Qalatasaray''la oyun haqda açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, ''Qoca Sinyora'' bu günlərdə türkiyəli ulduz ilə 2031-ci ilə qədər müqavilə imzalayıb. 20 yaşlı futbolçunun illik maaşı 6 milyon avroya yüksəldilib.

Ottolini bunları deyib:

''Kənan Yıldızın müqaviləsini yenilədiyimiz üçün çox məmnunuq. Bunu çoxdan etmək istəyirdik. Eləcə də Spalletti və Makkenni ilə yeni müqavilə ilə bağlı danışıqlarımız davam edir. Önümüzdəki həftələrdə yenidən onlarla bir araya gələcəyik. Bizim üçün A seriyasında mövsümü ilk ''4-lük''də bitirmək çox önəmlidi. Çempionlar Liqasında ''Qalatasaray''la keçirəcəyimiz oyuna çox yaxşı köklənəcəyik. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Yanvarda hücumçu almamağımıza gəlincə, müəyyən edilmiş limitimiz var və onu aşa bilməzdik. Şərtlər uyğun olsaydı, bu mövzuda bəzi işlər görərdik. Amma müxtəlif səbəblərə görə bu, mümkün olmadı. Əlimizdəki oyunçulardan məmnunuq və komandamıza güvənirik''.
Избранный
8
football-plus.az

1Источники