RU

Səfirlik: Vensin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

“Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər”.

İnterpress.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşımda qeyd edilib.

“Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı”, – paylaşımda bildirilib.

Избранный
12
15
interpress.az

10Источники