RU

Heç qışqıra da bilməyən muğam ifaçımız Orxan Saffari yazır...

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda, əlbəttə, yaxşı muğam oxuyanlar var. Ancaq bu siyahıda Hacıbaba Hüseynovun qətiyyən adı və yeri yoxdur.

Əvvəllər onun oxuduğu muğamları çox dinləmişəm və gəldiyim qənaət budur ki, əgər muğam adamı sakitləşdirir, rahatlaşdırırsa, Hacıbaba Hüseynovun oxumağı adamı gic eləyib qoyur ora.

Məsələn, əgər onu maşında dinləyirsənsə, ehtiyatlı olmaq lazımdır. Ola bilsin ki, hirsindən maşını sürdün badımcanlığa. Yox, evdə radioda qulaq asırsansa, gərək əsəblərini cilovlaya biləsən. Çünki ola bilsin, radionun da təpəsinə bir qapaz vurdun.

Hər gün muğam dinləyən əksər qaramat adamlar deyir ki, bəs bu səs adamı aparır uzaqlara. Doğrudan da belədirsə, muğam dinləyəndə səs adamı uzaqlara aparırsa, Hacıbaba Hüseynovun səsi adamın üstünə gəlir. Ümumiyyətlə, onun səsi adama toxunmur, bildiyin “yavnı” ilişir.

Muğam oxuyanlarımız belədir ki, bəzilərinin də səsi var, amma heyif ki, oxuya bilmir. Hacıbaba Hüseynovun isə oxumaq üçün heç çox da böyük səsi yoxdur.

Məsələn, adicə elə muğam oxuyanlar var, Alim Babayev misalı qışqıra bilirlər. Fəqət Hacıbaba Hüseynov qışqırmağı da bacarmır.

Ancaq onun sənət fəaliyyəti təkcə muğamla da yekunlaşmır. Ömrün bir çağında qəzəl də yazıb və təbii ki, oxumağı kimi bu da alınmayıb.

Adam başa düşə bilmir ki, məsələn, necə olur, Cabbar Qaryağdıoğlu da muğam ifaçısıdır, Hacıbaba Hüseynov da?

Hacıbaba Hüseynov o qədər oxuya bilmir ki, qaval onun əlində Natiq ritm qrupundakı nağaralara oxşayır.

Elə ki, qavaldan istifadə edir, sanırsan məhlədə balaca uşaqlar qazan qapağıyla maşın sürəndən sonra ritm tuturlar.

Ümumiyyətlə, Hacıbaba Hüseynov səsinə də, qavala da, dinləyiciyə də həmişə zülm verib.

İkinci onun kimi bir adam yoxdur ki, təsnifləri məhv edib qoysun ora.

Musiqi təhsili olmayan, not belə bilməyən adam başqa nə cür etməli idi ki?

Hacıbaba Hüseynovu dinləyənlər onun ifasını yox, adını dinləyir.

Onun ifalarında nə dramatik gərginlik var, nə də poetik ağırlıq. Səs gah nazikləşir, gah qalınlaşır, amma bunların heç biri məna daşımır. Elə bil səs özü də bilmir hara gedir.

Halbuki muğam bu mənada axın olmalıdır, çay kimi. Bəzən sakit, bəzən coşqulu. Burada isə çay yox, borudan buraxılmış su var.

Təzyiq çoxdur, istiqamət bilinmir, hər tərəfi isladır.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
104
icma.az

1Источники