RU

“Müğənniləri aparmısız day day kabinetlərinə” Tolik VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tarix Əliyev (Tolik) hələ ki adını açıqlamadığı aparıcı haqda yenidən sərt fikirlər səsləndirib.

Bakupost.az xəbər verir ki, Tolik həmin aparıcının onun ünvanına sətiraltı sözlər dediyini və sonradan bu sözlərin sosial media səhifələrində paylaşdırıldığını bildirib.

“Mənə sətiraltı söz deyib, səhifələrdə paylaşdıran və mən bunu gördükdən sonra vatsapına ürək sözlərimi yazdığım halda cavab verməyən, bütün səhifələrdən həmin yazıları silən qorxaq aparıcılar! Mən 25 ilin Tolikiyəm. Onun-bunu şotuna, müğənniləri aparmısız bəzi day-dayların kabinetlərinə, sizin verilişinizə 3-4 manat veriblər, Moskvaya ora-bura getmisiz… yəni mən danışmayım.

Bir də çox xahiş edirəm, bəzi aparıcılar kişilikdən danışanda əvvəlcə özünüzə sual edin ki, “mən bu haqda danışa bilərəmmi?” Sonra 100-ə qədər saymağa çalışın, 70-də görəcəksiz ki, danışa bilməzsiz”.

Qeyd edək ki, sosial media izləyiciləri Tolikin bəhs etdiyi adamın “Günə uğurla” proqramının aparıcısı Yalçın Uğur olduğunu və bir neçə gündür hər iki şəxs arasında sözlü qarşıdurma yarandığını iddia edirlər.

Yasəmən

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
www.bakupost.az

2Источники