RU

Prokuror Azər Qasımlıya cəza istədi

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, A.Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu

Избранный
18
10
unikal.az

10Источники