RU

Azərbaycan süni intellektin tətbiqinə hazırlıq üzrə regionda liderdir Samir Məmmədov

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan süni intellektin tətbiqinə hazırlıq üzrə Cənubi Qafqazda liderdir, Cənubi və Mərkəzi Asiya regionunda isə ilk beşlikdə yer alır.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda deyib.

Onun sözlərinə görə, "Oxford Insights" indeksinə əsasən, Azərbaycan 2025-ci il nəticələrində 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu mövqeyə yüksəlib.

Nazir müavini bildirib ki, ölkə rəhbərliyi tərəfindən artıq "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul edilib və bu çərçivədə idarəetmə mexanizmləri formalaşdırılır, dövlət-özəl sektor tərəfdaşlığı gücləndirilir.

S.Məmmədov deyib ki, texnopark rezidentləri üçün tətbiq olunan vergi və sosial sığorta güzəştləri genişləndirilir: "Mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə güzəştlər rezident şirkətlərin maliyyə dayanıqlığını gücləndirir və daha sürətli inkişaf üçün şərait yaradır".

O, Türkiyə şirkətlərini Azərbaycanın texnopark imkanlarından yararlanmağa dəvət edərək bildirib ki, məqsəd iki ölkənin rəqəmsal ekosistemləri arasında real və nəticəyönümlü texnologiya körpüsü yaratmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
525.az

1Источники