RU

Bakıda zərbaycan-Türkiyə İKT-Biznes Forumu keçirilir

Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “SistemGlobal Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya vətexnologiya körpüsü” adlı forum keçirilir.

APA-Econimics” xəbər verir ki, forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak edirlər.

Tədbiri salamlama nitqi ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib: “Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanı iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyinin və rəqabətqabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq formalaşdıraraq, mövcud potensialı daha da artıra bilərlər”.

Forumun rəsmi hissəsində, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səhiyyətli səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və “Sistem Global Danışmanlık A.Ş”nin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair öz fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri haqqında panel müzakirələri baş tutub. Hər iki ölkən təmsil edən ekspertlər müzakirələr zamanı rəqəmsal transformasiya, “GovTech” texnologiyaları, süni intellekt, “ağıllı şəhərlər”, İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları baş tutub. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında İKT və rəqəmsal transformasiya sahəsində strateji əməkdaşlığın gücləndirilməsi, iki ölkənin texnoloji ekosistemləri, eləcə də biznes subyektləri və dövlət qurumları arasında nəticəyönümlü və davamlı tərəfdaşlığın qurulmasıdır.

Tədbir çərçivəsində İRİA-TÜBSİAD-“Sistem Global Danışmanlık A.Ş” arasında üçtərəfli anlaşma memorandumu imzalanacaq.

Избранный
16
3
apa.az

5Источники