RU

Bu cəzanı pedofillərə verirlər Saakaşvili məhkəmə qarşısında

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Mənə əlavə cəza verirsiniz. Bu cəzanı məhz seriyalı qatillərə və pedofillərə verirlər. Uşaqlarımı bir daha görməyəcəm, təmiz hava almayacağam".

"Unikal" xəbər verir ki, bunu hazırda həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmə prosesi zamanı deyib. 

Onun sözlərinə görə, eks-prezidenti daha üç il həbs gözləyir: "Keçmiş hadisələrin ümumi qiymətləndirilməsində fikir ayrılığımız ola bilər, amma gələcəyimizin necə olması barədə fikir ayrılığımız ola bilməz. Vəziyyət çox sadədir: bu rejim qorxumuzla qidalanır. Onlar bizə deyirlər: bu reallığı qəbul edin, təslim olun, köləliyi qəbul edin. Cavabımız budur ki, heç nəyi qəbul etməyəcəyik, heç nədən qorxmuruq. 

Bizim böyük potensialımız var və inanıram ki, sonda hamının birləşməsi qaçılmazdır. O vaxta qədər hamı ilə danışmağa hazırıq. 

Bu məhkəmə iddiasında qeyd olunan bədbəxtliklərin səbəbləri uşaqlığıma gedib çıxır. Dörd yaşımda bir köpəkbalığı ayağımı dişlədi və o vaxtdan bəri bu dəniz canlısından nifrət edirəm... 

Gürcüstan mütləq xilas olacaq. Divar nə qədər hündür tikilsə də, biz onu yarıb azadlığa aparan yolu seçəcəyik".

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
unikal.az

2Источники