RU

“Rusiya Ukrayna ilə danışıqlarda güzəştlərə hazırdır" - Lavrov

“Rusiya Federasiyası Ukraynadakı müharibəyə son qoymaq üçün 20 bəndlik sülh planını heç bir kanal vasitəsilə almayıb, lakin Moskva danışıqlarda güzəştlərə hazırdır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ötən ilin avqust ayında Rusiya və ABŞ liderlərinin görüşündə Ankoricdə baza əldə edilib.

"Ankoricdə Amerikanın təkliflərinə əsaslanan və sülhə yol açan yanaşmalar tapdıq. Bu əsasda yekun razılaşma barədə tez bir zamanda razılığa gəlmək olduqca mümkün idi", - deyə siyasətçi vurğulayıb.

Eyni zamanda, Lavrov sülh müqaviləsinin sonrakı versiyalarını Ukrayna Prezidenti Volodimir Zelenski və komandası tərəfindən Amerika təşəbbüsünə təcavüz cəhdləri adlandırdıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
16
missiya.az

1Источники