RU

Zelenski 24 fevralda seçkilər və referendum elan edəcək - KİV

Ukrayna Prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkilərinin və referendumun keçiriləcəyini elan etmək niyyətindədir.

Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, bu addım Ağ Evin Kiyevə yazda Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını başa çatdırmaq üçün təzyiqi fonunda atılıb.

Qeyd olunub ki, hazırlıqlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının hər iki səsvermənin 15 maya qədər keçirilməsini tələb etməsindən sonra başlayıb. Əks təqdirdə, ölkə ABŞ-nin təklif etdiyi təhlükəsizlik zəmanətlərini itirmək riski ilə üzləşəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
15
missiya.az

1Источники