RU

Səbuhi Qurbanova yeni vəzifə verildi

Azərbaycan Texniki Universitetinin strukturuna daxil olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyində dəyişiklik edilib və direktor vəzifəsinə yeni təyinat olub.

Adalet.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin imzaladığı müvafiq əmrlə sözügedən vəzifənin icrası Səbuhi Qurbanova həvalə edilib.

Xatırladaq ki, Səbuhi Qurbanov ötən ildən etibarən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərirdi.

O, ali təhsilinin bakalavr pilləsini Bakı Dövlət Universitetində riyaziyyat, magistratura dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə bitirib.

Pedaqoji fəaliyyətinə Şəki şəhər 11 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov daha sonra həmin təhsil ocağında direktor müavini işləyib.

O, həmçinin Şəki şəhər 20 saylı orta məktəbin direktoru və Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrini icra edib.

S.Qurbanov 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Избранный
24
14
adalet.az

10Источники