RU

Keşikçidağdan Həzrət Sultana: Tarixi irsin öyrənilməsində yeni əməkdaşlıq mərhələsi

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağstafa, 11 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Türk dünyasının ortaq tarixi-mədəni irsinin elmi əsaslarla tədqiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn elmi seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazaxıstanın “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Seminar orta əsr dövrünə aid mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği mövzusuna həsr olunub.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun alimləri, BDU, Xəzər Universiteti və digər ali təhsil müəssisələrinin tarix, arxeologiya və memarlıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

Seminarda çıxış edən tanınmış elm xadimləri və mütəxəssislər orta əsr abidələrinin mühafizəsində müasir elmi metodların tətbiqindən danışıblar. Təqdim olunan məruzələrdə beynəlxalq təcrübə və iki qoruq arasında əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Gənc könüllü İsrayıl Məmmədov "Keşikçidağ”da aparılan arxeoloji qazıntılar zamanı qazandığı praktiki biliklər və bu cür layihələrin gənclərin elmi dünyagörüşünə müsbət təsiri barədə təəssüratlarını bölüşüb.

Seminarda “Keşikçidağ” və “Həzrət Sultan” qoruqları arasında elmi əməkdaşlığın daha da gücləndirilməsi, tarixi, arxeoloji və memarlıq irsinin müqayisəli şəkildə araşdırılması, eləcə də gələcək birgə elmi tədqiqatlar, ekspedisiyalar və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunubş

Sonda fəal tələbə və magistrantlara hər iki qoruq tərəfindən birgə təsis edilmiş sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
azertag.az

1Источники