RU

Bakı Ali Neft Məktəbinin rəhbərliyi ADAU da

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 11 fevral, Elcan Məmmədov, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) işgüzar səfərə gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Gəncə Memorial Kompleksini ziyarət edib. Qonaqlar memorial lövhənin qarşısına gül dəstələri düzərək, Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Kompleksin muzeyində ekspozisiyalarla tanış olan ziyarətçilərə bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Daha sonra Nizami Gəncəvi məqbərəsi, “Butulkalı ev” və Gəncə Şəhər Ekoloji Park Kompleksi ziyarət olunub.

Həmçinin qonaqlar ADAU-nun Tədris-təcrübə təsərrüfatına gəlib, burada tədris və istehsal prosesinin təşkili, mövcud infrastruktur və tələbələrin praktiki biliklərinin artırılması istiqamətində görülən işlərlə tanış olublar.

Sonda BANM-ın nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət edib. Muzeydə nümayiş etdirilən eksponatlarla tanışlıq zamanı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolu, milli irsin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
azertag.az

1Источники