Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son reytinqdə “Qarabağ” 9 pillə irəliləyib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb. “Sabah” 96 xalla 211-ci yerə yüksəlib. “Zirə” 418-ci, “Araz-Naxçıvan” isə 468-ci pillədə qərarlaşıb.
502 klubun yer aldığı siyahıya 595 xalla PSJ başçılıq edir.