RU

Ukraynada prezident seçkiləri və referendum keçirilə bilər Bu tarixədək

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada prezident seçkilərinin və Rusiya ilə sülh razılaşmaları üzrə referendumun keçirilməsinin planlaşdırmasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-ü ölkədə seçkilərin və referendumun keçirilməsi ilə bağlı planları elan edə bilər. Bu addımın ABŞ administrasiyasının təzyiqi altında atıldığı bildirilir.

Hər iki səsvermənin mayın 15-dək keçirilməsi nəzərdə tutulur.

Qəzet iddia edir ki, əgər səsvermə 15 maya qədər baş tutmasa, Ukrayna ABŞ-nin təhlükəsizlik zəmanətlərindən məhrum ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
qafqazinfo.az

2Источники