RU

Kanada: məktəbdə atışma, 9 nəfər həlak olub

Kanadanın qərbindəki 2300 nəfərlik Tumbler Ridge şəhərində doqquz nəfər həlak olub, onlardan yeddisi orta məktəbdə güllələnib, iki nəfər isə yaxınlıqdakı yaşayış yerində ölü tapılıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, polisin məlumatına görə, cinayəti törətdiyi ehtimal edilən şəxs də özünə xəsarət yetirib və o da ölü tapılıb.

Kanadanın Baş naziri Mark Karni dəhşətli atışmadan şoka düşdüyünü deyib. O, “X” hesabında paylaşdığı mesajda əlavə edib:

“Bu gün həyatı əbədi olaraq dəyişmiş insanlara başsağlığı verən və həmvətənlərini qorumaq üçün həyatlarını təhlükəyə atan ilk yardım göstərənlərin cəsarəti və fədakarlığına hörmət edən kanadalılara qoşuluram”.

O, həmçinin Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün çərşənbə günü başlaması planlaşdırılan Avropaya səfərini ləğv etdiyini açıqlayıb.

Aydın Baxış

Избранный
18
bakivaxti.az

1Источники