
Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinə dronlarla hücum edib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücumlar nəticəsində Bohoduxov şəhərində üçü uşaq olmaqla dörd nəfər həlak olub.
Bildirilir ki, 35 yaşlı hamilə qadın da daxil olmaqla iki nəfər yaralanıb.