RU

Finlandiyada Dünya Türk Dilləri Ailəsi Günü qeyd edilib

Yazını böyüt
Yazını kiçilt

UNESCO tərəfindən Dünya Türk Dilləri Ailəsi Günü kimi təsdiqlənmiş təşəbbüs çərçivəsində Helsinkidə təşkil olunan tədbir türk dillərinin tarixi, elmi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına həsr edilib.

Hafta.az xəbər verir ki, tədbirin rəsmi hissəsində Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Finlandiya İslam Cəmiyyətinin sədri Gölten Bədrəddin, Qazaxıstan Respublikasının Finlandiyadakı səfiri Azamat Abdraimov və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə, həmçinin, Finlandiya Parlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen iştirak edərək mədəni müxtəlifliyin və beynəlxalq dialoqun əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər arasında Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova da olub. O, Dünya Türk Dilləri Ailəsi Gününün əhəmiyyətini qeyd edib və bu günün UNESCO tərəfindən təsdiqlənməsinin mədəni müxtəlifliyin qorunmasına xidmət etdiyini vurğulayıb.

Tədbirin bədii hissəsində müxtəlif ölkələri təmsil edən ifaçılar çıxış ediblər. Qazaxıstanlı musiqiçilər milli musiqi alətlərində ifa ediblər. “Tatar Band” qrupunun ifasında isə tatar xalq mahnıları səsləndirilib.

Azərbaycanı təmsil edənlər arasında Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusu Leyli Hüseynova yer alıb. O, Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstanın musiqi əsərlərini ifa edib.

Tədbirdə Finlandiya üzrə koordinator Mona Savojifar “Sarı Gəlin” əsərini səsləndirib./azertag/

Избранный
7
1
hafta.az

2Источники