RU

QHT.az platformasında WUF13 bölməsi yaradıldı

QHT.az platformasında Ümumdünya Şəhərsalma Forumu – WUF13 ilə bağlı xüsusi bölmə istifadəyə verilib. Bu bölmə vətəndaş cəmiyyəti təşkilatlarının şəhərsalma, dayanıqlı inkişaf və inklüziv şəhərlər mövzusunda təşəbbüslərinin işıqlandırılması məqsədi daşıyır.

Yeni bölmə çərçivəsində:

  • QHT-lərin WUF13 ilə bağlı fəaliyyəti,
  • şəhər mühitinin inkişafına yönəlmiş təşəbbüslər,
  • ictimai iştirakçılıq və innovativ yanaşmalar,
  • beynəlxalq təcrübə və çağırışlar paylaşılacaq.

QHT-lər bu platforma vasitəsilə şəhərsalma Forumu çərçivəsində fəaliyyətlərinə informasiya dəstəyi ala, təşəbbüslərini daha geniş auditoriyaya təqdim edə biləcəklər.

Birlikdə daha dayanıqlı və inklüziv şəhərlər naminə!

Избранный
23
qht.az

1Источники