RU

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

Qarlı və qeyri-sabit hava şəraitinə baxmayaraq, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin müfəttişləri rayon ərazisində payızlıq və çoxillik əkin sahələrinin monitorinqlərini davam etdirirlər. 

Monitorinqlərin məqsədi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində  bəyan edilmiş torpaq sənədlərinin, əkin sahələrinin və əkin növlərinə dair məlumatların düzgünlüyünün yoxlanılması, bu sahədə şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsidir.

Artıq rayonun bir sıra kəndlərində monitorinqlər aparılmış, nəticələrinə uyğun aktlar tərtib edilmişdir. Monitorinqlərin intensiv aparılmasının əsas səbəblərindən biri fermerlərin subsidiyaları vaxtında və problemsiz əldə etmələrinə dəstək olmaqdır. Aşkarlanmış qanun pozuntuları ilə bağlı isə mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Mütəxəssislər bildirirlər ki, qarlı havalar əkinin inkişafında mühüm rol oynayır. Yanvardan bəri yağan qar gələcək məhsuldarlığın qarantıdır. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Избранный
45
azerbaijan-news.az

1Источники