RU

Ukrayna Rusiya dronlarına qarşı ABŞ ekvivalentindən də üstün lazer silahı hazırladı...

Ukraynalı mühəndislər və hərbçilər dronları məsafədən səssizcə vura bilən "Sunray" lazer silahının prototipini yaradıblar. Bu inkişaf, səmanı kütləvi Rusiya hücumlarından qorumaq üçün "Dəmir Günbəz"in yerli versiyasını yaratmaq üçün genişmiqyaslı proqramın bir hissəsidir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "The Atlantic" qəzetində məlumat yayılıb.
 
Texnoloji xüsusiyyətlər və səmərəlilik
 
Nəşrdə qeyd edildiyi kimi, "Sunray" lazer sistemi kompaktdır - pikapın(yolsuzluq avtomobili) arxasına yerləşdirilir və işləmə zamanı görünən işıq və ya səs-küy yaymır. Sınaq zamanı sistem hədəf dronunu saniyələr ərzində aşkar edib məhv edib. Ukrayna lazerinin təxmini dəyəri bir neçə yüz min dollardır. Bu, on milyonlarla dollara başa gələn Amerika "Helios" sistemi kimi Qərb ekvivalentlərindən xeyli ucuzdur.
 
Lazerdən əlavə, Ukrayna "qalxanı"na digər innovativ inkişaflar da daxildir:
 
artıq 700-dən çox "Şahed" raketini vurmuş "3D" printerdə çap olunmuş yüksək sürətli "P1-Sun" tutucu dronu;
 
pulemyot qüllələri ilə təkərli konstruksiya;
 
Rusiya hava hücumundan müdafiə raketlərinin karbon lifli klonları.
Избранный
34
1
moderator.az

2Источники