RU

Rusiya ordusunun Xarkova hücumu nəticəsində üçü uşaq olmaqla 4 nəfər həlak olub

Apa.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı "Şahed" raketi şəxsi evə dəyib.

APA xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov öz “Telegram” kanalında məlumat verib.

O Xarkovun Boqoduxov şəhərinə raket düşməsi nəticəsində bir evin dağıldığını və dağıntılar altında üç uşağın qaldığını bildirib.

Dağıntılar altından uşaqlarla birlikdə 34 yaşlı bir kişi meyiti də çıxarılıb.

Hadisə nəticəsində bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
3
apa.az

4Источники