RU

Kanadada atışmada 8 nəfər ölüb

Vaşinqton, 11 fevral, AZƏRTAC

Kanadanın Tambler Ric şəhərində yerləşən məktəbdə atışma baş verib.

AZƏRTAC xəbər verir ki, atışma nəticəsində 7 nəfər həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs də hadisə yerindən ölü tapılıb. Hadisənin səbəbləri və digər təfərrüatlar məlum deyil.

Qeyd edək ki, məktəbdə 7-ci sinifdən 12-ci sinfə kimi şagirdlər təhsil alır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
31
2
azertag.az

3Источники