RU

Tramp: ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizə planlaşdırır

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlamaq niyyətindədir.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox Business"in telekanalının efirində bildirib.

"Narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə azaldılıb. Gəmilərə zərbə endirməklə narkotik qaçaqmalçılığını azaltmışıq. İndi quruda əməliyyatlara başlayacağıq. Əvvəlcə gəmilərlə məşğul olmalı idik, çünki quruda zərbələr endirsəydik, onlar (narkotik kartelinin üzvləri - red.) dərhal gəmilərə keçərdilər. İndi onlar getdiklərinə görə, quruda zərbələrə başlayacağıq", - o deyib.

Избранный
8
3
far.az

4Источники