Fici sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata görə, zəlzələnin episentri ada respublikasının paytaxtı, təxminən 77 000 insanın yaşadığı Suvadan 467 km cənub-şərqdə, ocağı 511 km dərinlikdə yerləşib.