RU

Paşinyan: “İrəvan Moskva ilə münaqişəyə girməyəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Moskvaya qarşı hərəkət etməyəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.

"Bu, istisnadır. Heç kim, hətta buna cəhd etsə belə - hərçənd belə cəhdlər olmayıb - bizi Rusiyaya qarşı hərəkət məntiqinə cəlb edə bilməz", — deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşlarını İrəvanın Moskva ilə münaqişəyə girməyəcəyinə və ya mübahisə etməyəcəyinə dair əmin edib, çünki mövcud münasibətlərə dəyər verir.

Избранный
13
2
publika.az

5Источники