Bakı, 11 fevral AZƏRTAC
"Napoli" futbol üzrə İtaliya Kubokunda mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, Neapol təmsilçisi 1/4 finalda öz meydanında "Komo"ya uduzub.
Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (7:6) oynayan qonaqlar yarımfinala vəsiqə qazanıblar.
Daha əvvəl "Atalanta" və "İnter" bu raunda yüksəkiblər. 1/4 finalın son oyunu fevralın 11-dən 12-nə keçən gecə, Balı vaxtı ilə saat 00:00-da "Bolonya" və "Latsio" arasında keçiriləcək.