RU

“Real Madrid” əfsanələrin matçında “Barselona”nı məğlub edib FOTO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kosta Rikada “Real Madrid” və "Barselona"nın əfsanələri arasında qarşılaşma baş tutub.

İdman.Biz xəbər verir ki, komandalarda Ronaldinyo, İker Kasilyas, Karles Puyol və başqaları kimi keçmiş illərin ulduzları çıxış ediblər. “Real Madrid” futbolçuları 2:0 hesablı qələbəni bayram ediblər.

24-cü dəqiqədə yarımmüdafiəçi Antonio Nunyes “Real”ı hesabda önə keçirib. 27-ci dəqiqədə yarımmüdafiəçi Quti “Los Blancos”un fərqini artırıb.

“Real Madrid”in heyəti: Kasilyas, Pepe, Fernando Sanz, Raul Bravo, İvan Kampo, Makelele, Quti, De la Red, Nunyes, Konqo, Balboa.

“Barselona”nın heyəti: Bayya, Montoya, Puyol, Valyente, Navarro, Mendyeta, Krosas, Koku, Jüli, Rivaldo, Ronaldinyo.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
icma.az

2Источники