RU

Kriptovalyuta tarixində görünməmiş hadisə: Birja mövcud olmayan aktivlər payladı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Cənubi Koreyanın Maliyyə Nəzarəti Orqanı ölkənin iri kriptovalyuta birjalarından biri olan "Bithumb" ilə bağlı araşdırmaya başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Araşdırmaya səbəb ötən həftə baş verən ciddi texniki nasazlıq olub. Bildirilir ki, birja səhvən istifadəçi hesablarını təxminən 43 milyard ABŞ dolları dəyərində mövcud olmayan rəqəmsal aktivlərlə kreditləşdirib. Fevralın 6-da sistem yüzlərlə hesab arasında ümumilikdə 620 min "Bitkoin" paylayıb. Məlumata görə, bu səhv marketinq bonusu prosesində KRW əvəzinə BTC-nin seçilməsi ilə bağlı insan amilindən qaynaqlanıb.

Tənzimləyici qurumun açıqlamasında qeyd olunur ki, "Bithumb"un faktiki ehtiyatları təxminən 46 min "Bitkoin" təşkil edir, səhvən paylanan məbləğ isə bundan təxminən 13 dəfə çox olub. Hadisədən sonra istifadəçilər ilk 20 dəqiqə ərzində 1 788 "Bitkoin" satmağa cəhd göstəriblər ki, bu da bazarda "Bitkoin-von" məzənnəsinin 15 faizdən çox ucuzlaşmasına səbəb olub.

Birja rəhbərliyi səhvən kreditləşdirilmiş aktivlərin 99,7 faizinin, satılan sikkələrin isə 93 faizinin geri qaytarıldığını bildirib. Hazırda təxminən 125 "Bitkoin" geri alınmayıb. "Bithumb" zərərçəkmiş istifadəçilərə dəymiş itkilərin 110 faizi həcmində kompensasiya ödəyəcəyini, həmçinin 100 milyard von dəyərində sığorta fondu yaradacağını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
oxu.az

1Источники