RU

Avropa Parlamenti istixana tullantılarının azaldılmasına səs verib

Avropa Parlamenti (AP) 2040-cı ilə qədər istixana tullantılarını 90 % azaldılmasına səs verib.

"Report" xəbər verir ki, AP Avropa İttifaqı (Aİ) iqlim neytallığına nail olmaq istəyir.

AP deputatları Strasburqdakı plenar sessiyada Aİ-nin İqlim Qanununa düzəlişlər barədə Aİ Şurası ilə siyasi razılaşmanı təsdiqləyiblər.

Yenidən işlənmiş iqlim qanununa Aİ-nin strateji maraqlarına zidd olan layihələrin maliyyələşdirilməsinin qarşısını alan zəmanətlər daxil edilib.

AP tərəfindən qəbul edilmiş qanunvericilik mətni Aİ Şurası tərəfindən təsdiqlənərək "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.

Избранный
22
far.az

1Источники