RU

Ərdoğan iki naziri vəzifəsindən azad etdi

Türkiyədə Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı fərman imzalayıb.

Fəramana əsasən, Ərzurum valisi Mustafa Çiftçi daxili işlər naziri vəzifəsinə təyin edilib. O bu postda Ali Yerlikayanı əvəzləyib.

Digər fərmanla İstanbul Respublika Baş Prokuroru Akın Gürlek ədliyyə naziri təyin edilib. O bu vəzifədə Yılmaz Tunçu əvəzləyib.


Telegram kanalımız
Избранный
10
1
yenisabah.az

2Источники