RU

Rusiyada nəhəng gizli veyp zavodu İFŞA OLUNDU – 6 nəfər HƏBS EDİLDİ – VİDEO

Podmoskovyedə nəhəng gizli veyp zavodu aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Ramenskoye şəhərində (Moskva vilayəti) elektron siqaretlərin qeyri-qanuni istehsalı ilə məşğul olan nəhəng gizli zavod aşkar edilib.

Məlumata görə, müəssisədə bir növbə ərzində 75 min ədədədək elektron siqaret istehsal olunurdu və hazır məhsullar bütün Rusiya ərazisinə paylanılırdı.

Axtarışlar zamanı obyektdə 4 istehsal xətti, 600 000 ədəd flakon, həmçinin 2 milyon rubl (təxminən 44 000 manat) və 400 000 dollar (təxminən 680 000 manat) nağd pul vəsaiti aşkar edilərək götürülüb.

Müsadirə olunan bütün məhsulların ümumi bazar dəyəri 1 milyard rubl (təxminən 22 000 000 manat) məbləğində qiymətləndirilir.

Cinayətkar qrupun altı təşkilatçısı saxlanılıb, faktla bağlı cinayət işləri başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
37
interpress.az

1Источники