RU

Türkiyədə Daxili İşlər və Ədliyyə nazirləri dəyişdi

BAKI, 11 fevral. TELEQRAF

Türkiyə Prezident Administrasiyasında aparılan dəyişikliklər çərçivəsində Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni təyinatlar həyata keçirilib.

Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmana əsasən Nazirlər Kabinetində kadr dəyişikliyi baş tutub.

Qərara görə, Daxili İşlər naziri vəzifəsini icra edən Ali Yerlikayanı Ərzurum valisi Mustafa Çiftçi əvəzləyib. Ədliyyə naziri Yılmaz Tunçun yerinə isə İstanbul Respublika Baş prokuroru Akın Gürlek təyin olunub.

Qeyd olunur ki, Nazirlər Kabinetində aparılan bu dəyişikliklərlə Türkiyənin daxili təhlükəsizlik və ədliyyə strukturlarına rəhbərlik edən əsas fiqurlar yenilənib.

Избранный
27
teleqraf.com

1Источники