RU

KİV: Misir parlamenti Nazirlər Kabinetində dəyişiklikləri təsdiqləyib

Misirin Nümayəndələr Palatası (parlament) ölkə Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən hazırlanan və hökumətdə böyük dəyişiklikləri nəzərdə tutan planı təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Al-Youm as-Sabia" portalı məlumat yayıb.

Məlumata görə, Hüseyn İsa Nazirlər Kabineti rəhbərinin yeni müavini olub. O, hökumətdə iqtisadi məsələlərə nəzarət edəcək. Sabiq Baş nazir müavinləri Xalid Əbdül Qaffar və Kamel əl-Vəzir bundan sonra müvafiq olaraq səhiyyə və nəqliyyat naziri postlarını tutacaqlar. Əl-Vəzir sənaye naziri vəzifəsindən də azad olub, onu Xalid Haşim Maher əvəzləyib.

Bundan əlavə, Misirin hərbi sənaye üzrə dövlət naziri dəyişib. Belə ki, bu vəzifəni Salah Süleyman tutub, ölkənin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Raşvan isə informasiya naziri vəzifəsinə təyin edilib. Dəyişikliklər həmçinin Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və İnvestisiya nazirliklərinə də şamil olunub. Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri isə öz vəzifələrində qalıblar.

Daha əvvəl Misir Prezidenti Nazirlər Kabinetindəki dəyişikliklər məsələsi ilə bağlı ölkənin Baş naziri Mustafa Madbuli ilə məsləhətləşmələr aparıb. Yeni nazirlərin öz vəzifələrinin icrasına nə vaxt başlayacaqları barədə hələlik məlumat yoxdur.

Избранный
45
far.az

1Источники