RU

Zelenski onların ölümündə günahlandırıldı İddia

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında intihar hallarının artdığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Andrey Maroçko məlumat paylaşıb.

Maroçkonun sözlərinə görə, ukraynalı hərbçilərin psixoloji vəziyyətinin pisləşməsi, o cümlədən mülki şəxslərə qarşı əmrlərlə bağlı narazılıqlar fonunda bu cür hallar qeydə alınıb.

O iddia edib ki, döyüş itkiləri istisna edilməklə, rəsmi itki siyahılarında intiharlar xüsusi yer tutur.

“Daha əvvəl Konstantinovka istiqamətində iki “Azov” bölməsi döyüşçüsünün iki tərəfdən atəşə tutulduqdan sonra intihar etdiyi bildirilmişdi. Məlumata görə, həmin hərbçilər Kleban-Byk su anbarı yaxınlığında mövqelərdə olublar və geri çəkilərkən həm Rusiya qoşunlarının, həm də “dost atəşi”nə məruz qalıblar”, – Maroçko bildirib.

O qeyd edib ki, məcburi səfərbərlikdən sonra döyüş zonasına göndərilən bəzi hərbçilər ağır psixoloji gərginlik yaşayır və bu amil intihar hallarının artmasına təsir göstərə bilər. O, həmçinin bu məsələyə birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskinin səbəb olduğunu iddia edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
globalinfo.az

1Источники