RU

Real Madrid dən üzücü xəbər: Bellinqem mart ayına qədər meydana çıxa bilməyəcək

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real Madrid"in tibb heyəti Cud Bellinqemin sol ayağından aldığı zədədən sonra sağalma prosesində bəzi problemlər yaşadığını açıqlayıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu, ulduz müdafiəçinin meydana çıxmasını gecikdirir.

Son müayinələr göstərib ki, o, hələ də sol ayağındakı burxulmadan aldığı zədədən tam sağalmayıb. Tibbi heyət planlaşdırılan dörd həftəlik sağalma müddətinin martın ortalarına qədər uzadıla biləcəyini açıqladı.

Futbolçunun "Benfika" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, C.Bellinqem fevralın 1-də İspaniya "La liqa"sında keçirilən "Real-Madrid" - "Rayo-Valyekano" oyununda zədələnib. Klub rəhbərliyi onun martın 22-də "Atletiko Madrid" ilə derbiyə tam hazır olmasını prioritet hesab edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
2
oxu.az

3Источники