525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ötən həftə ərzində İtaliya dağlarında 13 nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dağlarda qarın normadan artıq düşməsidir.
Yeni yağan qar uçqunlara səbəb olub ki, bu da insan tələfatı ilə nəticələnib.
Yerli xilasedicilərin bildirdiyinə görə, ölənlər arasında müxtəlif ölkələrdən olan alpinistlər, xizəksürənlər və turistlər var.
Təkcə ötən həftəsonu Lombardidə 2, Trentinoda 3, Cənubi Tirolda 1 xizəksürən, həmçinin, 1 alpinist qar uçqunu altında qalıb. Daha 2 turist Monte-Qrappada eyni aqibətlə üzləşib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.