Azərbaycan və ABŞ strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə birgə işçi qruplar yaradacaq.Bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.
Yeni qurulacaq qruplar iki ölkə arasında əməkdaşlığın enerji, ticarət və tranzit əlaqələri, iqtisadi investisiyalar, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə dərinləşdirilməsinə xidmət edəcək.