RU

Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham 44 il həbs gözləyir

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı açılmış cinayət işi üzrə ittiham aktı təsdiqlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ittiham aktına əsasən, bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmış Muhittin Böcek də daxil olmaqla 41 şübhəli yaxınlarda məhkəmə qarşısına çıxarılacaq.

Məlumata görə, Antalya Baş Prokurorluğu tərəfindən hazırlanan və Antalya 6-cı Ağır Cinayət Məhkəməsi tərəfindən qəbul edilən 702 səhifəlik ittiham aktında "şantaj", "çirkli pulların yuyulması", "fırıldaqçılıq", "korrupsiya" maddələri üzrə istintaq işi yekunlaşıb: "Əgər məhkəmədə itttihamda yer alan iddialar təsdiqlənərsə, o zaman Muhittin Böcekyi 15 il 6 aydan 44 ilə qədər həbs cəzası gözləyir".

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
mia.az

1Источники