RU

ABŞ: Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə sənədlər razılaşdırılıb, lakin bir məsələ qalır

ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair sənədlər artıq hazırdır, lakin onların imzalanması üçün hələ bir mühüm məsələ həll olunmalıdır.

Onun sözlərinə görə, Ukrayna üzrə aparılan sülh danışıqları yüksək məhsuldarlıqla davam edir və tərəflər indiyədək görünməmiş dərəcədə razılaşmaya yaxınlaşıblar. Bununla belə, əsas açıq qalan məsələ ərazi məsələsidir.
Uitaker vurğulayıb ki, bu problem həll edildikdən sonra təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin imzalanması mümkün olacaq.

ABŞ tərəfi sülh prosesinin davamlı və ədalətli nəticə verməsi üçün diplomatik səylərini davam etdirir.

//Samir Qurbanov, Editor.az

Избранный
36
editor.az

1Источники