RU

Xarlamovun yarım milyon vergi borcu var

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Komediya ustası Qarik Xarlamovun ərzaq çatdırılması biznesi vergi orqanlarına yarım milyondan çox borcludur.

Axşam.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, «Hot Dog Bulldog» MMC 577 min rubl məbləğində vergi borcunu ödəməlidir.

"Hot Dog Bulldog" 2021-ci ildə qeydiyyatdan keçib və Qarik Xarlamov şirkətin təsisçilərindən biridir. Şirkətin cərimə və penya üzrə borcu ötən ilin noyabr ayından etibarən yaranıb və indiyədək ödənilməyib.

Bundan əlavə, komediyaçının digər şirkətləri də kiçik məbləğdə vergi borclarına malikdir. Belə ki, "UK BULDOG" MMC 110 rubl, "Nevskie melodii" MMC isə 34 rubl borcludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
axsam.az

1Источники