RU

Paşinyandan QƏRİBƏ açıqlama: “Ermənistan Rusiyaya zərər verməyəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya və onun maraqlarına qarşı heç vaxt fəaliyyət göstərməyəcəyini bildirib. O qeyd edib ki, Ermənistanın gündəliyində Rusiyaya zərər verəcək hər hansı addım yoxdur və bu, gələcəkdə də olmayacaq.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb. Onun sözlərinə görə, heç kim Ermənistanı Rusiyaya qarşı yönəlmiş siyasətə cəlb edə bilməz. “Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, sizə qarşı hərəkət etmirik, sizinlə mübahisə və münaqişə istəmirik, çünki mövcud münasibətləri yüksək qiymətləndiririk”, – deyə baş nazir vurğulayıb.

Paşinyan bildirib ki, bu kontekstdə şəxsi münasibətlər dövlətlərarası əlaqələr qədər önəmlidir. Onun sözlərinə görə, Vladimir Putin və Rusiya hökumətinin başçısı Mixail Mişustin ilə birbaşa və səmimi münasibətləri mövcuddur.

Baş nazir əlavə edib ki, Ermənistan-Rusiya münasibətlərinin qorunması və inkişafı ölkənin xarici siyasətində prioritet olaraq qalır.

Sara

Избранный
31
nocomment.az

1Источники