RU

"Heç vaxt Rusiyaya qarşı hərəkət etməyəcəyik" - Paşinyan

"Rusiyanın maraqlarına zərər vermək bizim gündəmimizdə deyil, olmayıb və olmayacaq. Bu, mümkün deyil. Heç kim bizi Rusiyaya qarşı hərəkətlər modelinə məcbur edə bilməz".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

"Biz Rusiya ilə mübahisə etməyəcəyik. Mənim Putin və Mişustinlə çox birbaşa və isti münasibətlərim var; bizim strategiyamız budur: biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma həmişə Ermənistan Respublikasının maraqlarına uyğun hərəkət edəcəyik. Burada müəyyən üst-üstə düşmələr ola bilər, amma biz Rusiyanın və ya başqa bir ölkənin maraqları naminə Ermənistana qarşı hərəkət edəcəyimizi də deyə bilmərik.

Mən rusiyalı həmkarlarıma dedim ki, 8 avqust 2020-ci ildə Rusiyaya son beş ildir təklif etdiyimiz müqaviləni imzaladıq. Bizə yalnız beş söz lazım idi: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı. Bu beş sözü yazın və mən istənilən vaxt imzalayacağam", - deyə o bildirib.

Избранный
37
1
unikal.az

10Источники