RU

Paşinyan: "Rusiya ilə döyüşməyəcəyik"

BAKI, 10 fevral. TELEQRAF

Rusiyanın maraqlarına zərər vurmaq bizim gündəmimizdə deyil, olmayıb və olmayacaq. Bu, istisna olunur. Heç kim bizi Rusiyaya qarşı hərəkət etmək məntiqinə cəlb edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz Rusiya ilə döyüşməyəcəyik. Mənim Putin və Mişustinlə çox birbaşa və isti münasibətlərim var, bu, bizim strategiyamızdır, biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma həmişə Ermənistan Respublikasının maraqlarına uyğun hərəkət edəcəyik. Burada fikir ayrılıqları ola bilər, amma biz Rusiyanın və ya başqa bir ölkənin maraqları naminə Ermənistana qarşı hərəkət etməyəcəyik.
Mən rusiyalı həmkarlarıma 8 avqust 2020-ci ildə son 5 ildə Rusiyaya təklif etdiyimiz bir şeyi imzaladığımızı dedim. Biz yalnız 5 söz istəyirdik: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq, sərhədlərin toxunulmazlığı. Bu 5 sözü yazın və mən istənilən vaxt imzalayacağam" - Paşinyan qeyd edib.

Избранный
24
teleqraf.com

1Источники