RU

Paşinyan: Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməz



Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir qüvvənin İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməyəcəyinə əminlik bildirib.

“Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Biz bütün tərəfdaşlara bütün məkanlarda aşağıdakı mesajı çatdırırıq: Rusiya Federasiyasına və ya onun maraqlarına zərər vermək üçün heç bir gündəliyimiz yoxdur, yoxdur və olmayacaq da. Bu, mümkün deyil. Heç kim bizi Rusiya Federasiyasına qarşı hərəkət modelinə məcbur edə bilməyəcək”, - deyə Ermənistan hökumətinin başçısı Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib .
Избранный
28
1
newscenter.az

5Источники