RU

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - “Kolumbus Kru”nun baş meneceri

ABŞ təmsilçisi “Kolumbus Kru” Nəriman Axundzadədən böyük gözləntilər içindədi.

"Football-plus.az" xəbər verir ki, bunu klubun baş meneceri İssa Toll açıqlayıb. O, “Qarabağ”dan transfer olunan gənc futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur. O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq”.

Toll qeyd edib ki, Axundzadə gənc yaşına baxmayaraq artıq həm ölkə çempionatında, həm Avropa arenasında, həm də milli komandada ciddi təcrübə toplayıb:

“Onu "Kolumbus"da görməkdən çox məmnunuq. Klubumuzda necə inkişaf edəcəyini böyük maraqla izləyəcəyik”.

Xatırladaq ki, Nəriman “Kolumbus Kru” ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Избранный
16
6
football-plus.az

7Источники